“Çelsi”nin müdafiəçisi Tiaqo Silva karyerasını Braziliya çempionatında davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 38 yaşlı futbolçu ilə “Fluminense” maraqlanır. Klub növbəti mövsüm üçün müdafiəçini heyətinə qatmaqda israrlıdır.
Braziliya klubunun yayda London təmsilçisi ilə təmasa keçəcəyi bildirilir.
Futbolçunun “Çelsi” ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Müdafiəçi bu mövsüm 28 oyuna çıxıb, 2 məhsuldar ötürmə edib.

