Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi “Tecon Xana Sitizen” növbəti oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, komanda Cənubi Koreya Kubokunun 1/16 final mərhələsində evdə “Ceoce” ilə qarşılaşıb. Görüş ev sahibi klubun 4:1 hesablı qalibiyyəti ilə yekunlaşıb.
Bu nəticənin ardından “Tecon Xana Sitizen” 1/8 finala vəsiqə qazanıb.
Qarşılaşmaya əsas heyətdə başlayan Anton sona qədər meydanda qalıb.

