10 İyul 2026
Dünya futbolu

“Barselona” Fatini satır – qiyməti açıqlandı

“Barselona”nın futbolçusu Ansu Fati yayda komandanı tərk edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik fransalı futbolçu ilə yolları ayıracaq. Buna səbəb oyunçunun atsının klubun əleyhinə danışması olub.

Kataloniya klubu Fati üçün 40 milyon avro tələb edir. Onunla yanaşı, Ferran Toresin də satılacağı gözlənilir.

Futbolçunun performansı məşqçilər heyətini razı salmayıb.

Xatırladaq ki, bir müddət öncə Fatinin atası oğlunun “Barselona”da az oynadığı üçün komandadan ayrılmalı olduğunu açıqlamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43