10 İyul 2026
Dünya futbolu

“Gent” heç-heçə etdi, “Fiorentina”dan qələbə- YENİLƏNİB

Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, “Gent” (Belçika) İngiltərə “Vest Hem”ini qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Polşa “Lex”i İtaliya “Fiorentina”sına, Niderland “AZ Alkmaar”ı Belçika “Anderlext”inə uduzub. İsveçrə “Bazel”i ilə  Fransa “Nitsa”sı arasındakı görüşdə qalib müəyyənləşməyib. 

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri aprelin 20-də keçiriləcək.

Konfrans Liqası, 1/4 final
13 aprel

20:45. “Gent” (Belçika) – “Vest Hem” (İngiltərə) – 1:1

Qollar: Kuypers, 57 – İnqs, 45+3

23:00. “Lex” (Polşa) – “Fiorentina” (İtaliya) – 1:4

Qollar: Velde, 20 – Kabral, 4, Qonsales, 41, Bonaventura, 58, İkone, 63

23:00. “Anderlext” (Belçika) – “AZ Alkmaar” (Niderland) – 2:0

Qollar: Murilyo, 22, Aşimeru, 70

23:00. “Bazel” (İsveçrə) – “Nitsa” (Fransa) – 2:2

Qollar: Amduni, 26-pen; 71 – Moffi, 38; 45+1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43