Voleybol üzrə qadınlararası Çempionlar Liqasının finalçıları müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, yarımfinalda iki Türkiyə komandası üz-üzə gəlib. İlk oyunda “Fənərbağça”ya 3:0 məğlub olan “Vakıfbank” doğma meydanda eyni hesabla qalib gəlib.
“Qızıl set”ə gedən oyunda ev sahibi qələbə qazanaraq ÇL-nın finalına yüksəlib.
İstanbul klubu finalda digər Türkiyə təmsilçisi “Eczacıbaşı” ilə qarşılaşacaq.

