“Real” yayda iki cinah mudafiəçisi heyətinə qatmağı planlaşdırır.
İdmanxeber.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, Madrid klubu “Bavariya”dan sol cinah müdafiəçisi Ben Deyvis və “Çelsi”dən sağ cinah müdafiəçisi Ris Ceymsi rənglərinə bağlamağı düşünür. “Kral klubu” hər iki futbolçunun agentləri ilə danışıqlara başlayıb.
“Real” bu iki futbolçudan birini ən geci yayda heyətində görmək istəyir.

