UEFA Avropa Liqasının 1\4 final mərhələsinin ilk oyununda “Mançester Yunayted” evdə “Sevilya”nı qəbul edib.
İdmanxeber.az-ın məlumatına görə, ev sahibi komanda görüşdə 2:0 hesabı ilə önə keçsə də, oyun heç-heçə bitib. Qarşılaşmanın ardından “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq martç barədə fikirlərini bildirib:
“Oyun bizim əlimizdə idi. Biz 2:0 öndə idik və üçüncü və dördüncü qolları vurmalı idik. Ancaq zədəli oyunçularımız olması nəticəyə təsir etdi.
Fasilə zamanı Rafael Varanı məcburi əvəzlədik. Bruno Fernandes və Antoni Marsiyalı isə “sarı” aldıqları üçün oyundan çıxarmalı olduq. Bizim əsl bəxtsizlik yaşandı”.

