11 İyul 2026
Ölkə futbolu

“Zirə” qalib gəldi, “Neftçi” uduzdu – YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında XXX tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, turun açılış matçında “Zirə” doğma meydanda “Səbail”i qəbul edib. Görqüş ev sahibinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Bu nəticənin ardından “Zirə” xallarının sayını 41-ə çatıdırb. “Səbail” isə 21 xalla sonuncu sırada qərarlaşıb.

Günün digər görüşümdə “Bakcell Arena”da “Neftçi” “Qəbələ”ni qəbul edib. Matç bölgə klubunun qələbəsi ilə başa çatıb -2:1.

Bu qələbənin ardından xallarının sayını 42-ə çatdıran “Qəbələ” 4-cü pillədəki yerini qoruyub. “Neftçi” isə 60 xalla 3-cü sırada qərarlaşıb.

Misli Premyer Liqası
XXX tur

14 aprel (cümə)

17:30. “Zirə” – “Səbail” 3:1

Qollar: Vladislav Kulaç, 52 (1:0), Rüstəm Əhmədzadə, 69 (2:0), Eldar Quliyev, 90+1 (3:0), Qoba Zakpa, 90+7
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Zöhrab Abbasov, Əli Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu

20:00. “Neftçi” – “Qəbələ” 1:2

Qollar: Ramon Maçado, 13 (0:1), İsnik Alimi, 24-pen. (0:2), Emin Mahmudov 61-pen. (1:2)
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Şirmamed Mamedov, Rəşad Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“​​​​Bakcell Arena”.

Qeyd edək ki, turun “Kəpəz” – “Turan Tovuz” oyunu aprelin 15-də, “Şamaxı” – “Sumqayıt” və “Sabah” – “Qarabağ” matçları isə aprelin 16-də olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43