10 İyul 2026
Dünya futbolu

“Mançester Yunayted”də qalmağı düşünürəm”

“Bavariya”dan icarəyə götürülən “Mançester Yunayted”in yarımmüdafiəçisi Marsel Sabitser gələcək karyerası ilə bağlı danışıb.

İdmanxeber.az-ın məlumatına görə, avstriyalı futbolçu gələn mövsüm də Premyer Liqa təmsilçisində qalmaq istədiyini açıqlayıb:

“Mançester Yunayted”də mənə başa saldılar ki, yaya qədər buradayam, sonra nə olacağını görəcəyik. Amma o vaxta qədər əlimdən gələni etmək istəyirəm. Premyer Liqa barədə deyə bilərəm ki, bundan yaxşı, gərgin və daha sərt çempionat yoxdur.

Hər oyun mübarizədir. Bu, dünyanın ən yaxşı liqasıdır. Burada bir dəfə oynayanda artıq başa düşürsən ki, heç nə ilə müqayisə olunmazdır. Əlbətdə ki, xüsusilə Erik ten Haqın etimadını nəzərə alaraq, “Mançester Yunayted”də qalmağı düşünürəm. Ancaq qərar verən tək mən deyiləm”.

29 yaşlı avstriyalı bu mövsüm “Mançester Yunayted”in heyətində 13 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “Bavariya” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43