UEFA Avropa Liqasının 1\4 final mərhələsi çərçivəsində keçirilən “Yuventus” – “Sportinq” matçında qorxulu anlar yaşanıb.
İdmanxeber.az-ın məlumatına görə, Turin klubunun qapıçısı Voyçex Şensnı oyunun ilk hissəsində ürəyini tutaraq yerə yıxılıb. Tibbi personalın müdaxiləsinin ardından oyunçu özünü yaxşı hiss etmədiyini bildirib.
Dərhal əvəzlənən təcrübəli qolkiper meydanı ağlayaraq tərk edib.
Oyunun ardından futbolçunun durmunun yaxşı olduğu açıqlanıb.

