“Arsenal”ın hücumçusu Bukayo Saka ölkə mətbuatına müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, o, Premyer Liqanın 30-cu turunda “Liverpul”a qarşı keçirdikləri oyun (2:2) haqda danışıb. Saka nəticənin çox üzücü olduğunu bildirib:
“Uşaqlar matçdan sonra çox məyus oldular, çünki hamımız qələbə qazanmaq istəyirdik. Amma biz bunu dəyişə bilmərik, ona görə də diqqətimizi “Vest Hem” oyununa yönəltməliyik. Bu, həqiqətən vacib oyun olacaq.
“Liverpul”la oyunda qazandığımız bir xala sevindiyimi söyləmək fikrində deyiləm. Meydana üç xal üçün çıxmışdıq. Bu, heç vaxt qalib gəlmədiyim stadion idi. Qələbə üçün yaxçı fürsət var idi, amma bacarmadıq”.
“Arsenal” Premyer Liqanın 30 turundan sonra 73 xalla turnir cədvəlinə başçılıq edir.

