10 İyul 2026
Dünya futbolu

“Uşaq yeni ildə ferrari istəsə…” – Yurgen Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp klubun transfer siyasətindən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, almaniyalı çalışdırıcı Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Jud Bellinqemin mümkün transferi haqda danışıb. O, bunun çətin olacağını bildirib:

“Mən başa düşmürəm ki, niyə ödəyə bilməyəcəyimiz oyunçular haqqında danışırıq. Bacarıqlarınızı və nə qədər pul xərcləyə biləcəyinizi başa düşməlisiniz. Əgər uşaq yeni il üçün Ferrari istəsə, ala bilməyəcəyinizi deməlisiniz”.

İngilitərəli futbolçu bu mövsüm “Borussiya”nın heyətində 37 oyuna çıxıb, 10 qol vurub və 7 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43