10 İyul 2026
Dünya futbolu

“Mənim üçün Messi dünyada bir nömrədir” – “Çelsi”nin müdafiəçisi

“Çelsi”nin müdafiəçisi Mark Kukurella PSJ-nin hücumçusu Lionel Messi haqda danışıb.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı futbolçu argentinalı ilə birlikdə oynadığı üşün xoşbxət olduğunu bildirib:

“Mənim üçün Leo dünyada bir nömrədir. Onunla “Barselona”da oynamışam və çox məşq etmişəm. Ən inanılmazı odur ki, meydanda çox gəzir və hər şeyi izləyir. Topu qəbul edərkən artıq nə edəcəyini bilir”.

35 yaşlı hücumçu 2005-2021-ci illərdə “Barselona” klubunda çıxış edib. Kataloniya komandasının tərkibində 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə verib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43