“Barselona”lı futbolçular maaşlarının azalmasına qarşıdırlar.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik xərcləri azaltmaq üçün belə bir addım atmaq niyyətindədir. Ancaq bəzi oyunçular bundan imtina ediblər.
Siyahıda Robert Levandovski, Andreas Kristensen, Frank Kessie kimi futbolçuların olduğu bildirilir.
“Barselona” maliyyə feyr-pleyinin tələblərinə uyğunlaşmaq üçün xərcləri təxminən 200 milyon avro azaltmalıdır.

