PSJ-nin hücumçusu Lionel Messi karyerasını “Barselona”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə jurnalist Jerar Romero xəbər yayıb. O bildirib ki, Kataloniya klubu Messi ilə anlaşıb.
Rəhbərlik artıq Messi transferi ilə bağlı La Liqaya müraciət edib.
Romero klubda Leonun komandaya qayıdışı ilə bağlı işlərin getdiyini də sözlərinə əlavə edib.

