Gəncə şəhər stadionunun ot örtüyü ilə bağlı son durum bəlli olub.
Peşəkar Futbol Liqası daha öncə sadionunun qazonunun yararsız vəziyyətdə olması səbəbindən “Kəpəz”in iki ev oyununu kənarda keçirməsinə qərar vermişdi. Bu müddət ərzində meydançanın durumuna baxılıb yekun qərarın veriləcəyi bildirilirdi.
“Turan Tovuz”a qarşı ev oyununu Qəbələdə keçirən Gəncə klubunun “Sumqayıt”la görüşdə də doğma meydandan uzaq düşəcəyi bəlli idi.
Ancaq İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “Kəpəz” mövsümün sonuna qədər Gəncədə meydana çıxa bilməyəcək. Stadionunun ot örtüyü ilə bağlı müyyən işlər getsə də, meydançanın tam hazır vəziyyətə gətirilməsi çətin görünür.
Bu səbəbdən də “sarı-göylər” “Sumqayıt”la yanaşı, “Sabah” və “Neftçi”ni də Gəncədə qəbul edə bilməyəcək.

