14 İyul 2026
Dünya futbolu

“Beşiktaş” iki futbolçusu ilə vidalaşır

“Beşiktaş” növbəti mövsümün transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu yayda iki futbolçusu ilə yollarını ayırır. Bunlar Nkodu və Mulekadır.

Baş məşqçi Şenol Günəşin mövsümün sonuna qədər bu iki oyunçuya şans verməyəcəyi bildirilir.

Muleka cari mövsüm “Beşiktaş” forması ilə 27, Nkodu isə 22 oyunda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43