15 İyul 2026
Dünya futbolu

“Real”dan tarixi rekord

“Real” Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Çelsi”yə qalib gəlib (2:0).

İdmanxeber.az-ın məlumatına görə, bu qələbə “kral klubu” üçün əlamətdar olub. Belə ki, Madrid təmsilçisi turnirin pley-off mərhələsində qələbə seriyasını 6 oyuna çatdırıb. Bu, klub tarixinin ən yaxşı göstəricisdir. 

“Real” bu altı qələbənin hamısını İngiltərə klubları üzərində qazanıb.

Bu sahadə Çempionlar Liqasının rekordu “Barselona”ya məxsusdur. Kataloniya təmsilçisi  2014-16-cı illərdə pley-offda ardıcıl 7 qələbə qazanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43