17 İyul 2026
Dünya futbolu

“Atletiko”nun futbolçusu qayıdır

“Atletiko” yay transfer pəncərəsində portuqaliyalı hücumçu Joao Feliksi geri qaytara bilər.

İdmanxeber.az-ın məlumatına görə, icarə əsasından “Çelsi”də çıxış edən oyunçu İspaniyaya dönmək niyyətindədir. London klubu Feliksin icarəsinə görə 11 milyon avro ödəyib.

Madrid təmsilçisi onu satmağa razı olsa da, “zadəganlar” Feliksin keçidi üçün tələb olunan təzminatı ödəyə bilməyəcək. 

23 yaşlı hücumçu “Çelsi”nin heyətində 15 oyun keçirib və 2 qol vurub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43