La Liqanın prezidenti Xavier Tebas Lionel Messinin “Barselona” mümkün transferi barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, qrum rəhbəri Kataloniya təmsilçisinin argentinalı futbolçunu israrla transfer etmək istədiyini bildirib:
“Messinin “Barsa”ya gəlişini mümkün görmürəm. Ancaq klub öz təmaslarını davam etdirir. Qarşıda kifayət qədər zaman var. Ancaq unutmayaq ki, “Barselona”nın hələ qeydiyyatdan keçirə bilmədiyi oyunçuları var”.
Xatırladaq ki, Kataloniya təmsilçisi maliyyə şərtlərini pozduğu üçün Qavi ilə müqavilə bağlasa da, onun qeydiyyatı təsdiqlənməyib.

