Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” “Adana Demirspor”a məğlub olub (1:2).
İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü oyunun ardından sosial şəbəkə hesabından bunları yazıb:
“Çox şey deyə bilərik, amma boş verin. Bizi dəstəkləyən bütün azarkeşlərə təşəkkür edirik”.
Komandansının yegane qolunu Emreli vurub.
Xatırladaq ki, Adana təmsilçisi matçın 48-ci dəqiqəsində azlıqda qalsa da, görüşün 56-cı dəqiqəsində qazandığı penaltini qola çevirərək qələbə qazanıb.
“Konyaspor” hazırda 39 xalla 9-cu sırada yer alır.

