17 İyul 2026
Ölkə futbolu

Millimizin futbolçusu İtaliya klubuna transfer olunur

Azərbaycan U-17 millisinin futbolçusu Məsud Əlişanlı karyerasını İtaliyada davam etdirə bilər. 

Bu barədə İdmanxeber.az saytına ölkənin aparıcı uşaq məktəblərindən olan “European Football Academy”nin  (EFA) rəhbəri Vüsal Mustafayev məlumat verib. O bildirib ki, yığmamızın üzvü artıq İtaliyanın “Peruca” klubunun akademiyasına qəbul edilib.

Əlişanlı 18 yaşına çatmadığı üçün hələlik peşəkar klublarda rəsmi oyunlarda işitirak edə bilmir. Bu səbəbdən də oyunçu bir müddət akademiyada çalışmalarını davam etdirəcək. 

Ancaq millimizin futbolçusunun bir ildən sonra  “Peruca”, “Siena” və “Palermo” kimi klubların birində forma geyinmək şansı var. 

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43