Almaniya millisinin futbolçusu Toni Kross “Real”la nigah təzələyib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu Madrid klubunun ona etdiyi yeni müqavilə təklifinə “hə” deyib. “Kral klubu” təcrübəli yarımmüdafiəçi ilə 2024-cü ilədək müqavilə imzalayıb.
Qeyd edək ki, 33 yaşlı futbolçu 2014-cü ildən “Real”ın şərəfini qoruyur.

