“Əl Nəsr”in ulduz futbolçusu Kristiano Ronaldonun ölkədən deportasya edilməsi tələb edilir.
İdmanxeber.az-ın məlunatına görə, buna səbəb portuqaliyalının “Əl-Hilal”a qarşı oyundan (0:2) sonra etdiyi nalayiq jest olub. Ölkənin tanınmış vəkillərdindən olan Nouf bin Əhməd Ronaldonun bu jestinin cəzasız qalmamalı olduğunu bildirib.
O qeyd edib ki, Ronaldonun bu davranışına görə ona qarşı cinayyət işi açılmalı və ölkədən deportasiya edilməlidir.
Xatırladaq ki, ulduz oyunçu meydanı tərk edərkən tribunadan Lionel Messi şüarlarına cavab olaraq qasıq nahiyəsini tutub.
ESPN nəşri isə onun həmin nahiyədən zədələndiyini və Ronaldonun yanlış anlaşıldığını iddia edib.
???

