“Bavariya”nın baş məşqçisi Tomas Tuxel “Mançester Siti” oyunundan (1:1) danışıb.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı mütəxəssis oyunun nəticəyə uyğun olmadığını bildirib. O, növbəti mövsüm komandanın planlarından da söz açıb:
“Komandaların inamında və formada fərq var idi. Hər iki matçda bir neçə əldən verilmiş şansa görə cəzalandıq. Hesabın qarşıdurmanın gedişatını əks etdirdiyini düşünmürəm.
“Biz hələ də bir-birimizi tanıyırıq. Rəhbərliyə gələcək planlar barədə fikrimi bildirəcəyəm. Bununla bağlı mübahisə olacağını düşünmürəm. Ancaq güclənmək barədə düşünməzdən əvvəl ilk növbədə bu heyətdən ən yaxşısını almalıyıq”.

