“Bavariya”nın sabiq baş məşqçisi Yulian Naqelsman “Çelsi”yə keçməkdən imtina edib.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı mütəxəssis London klubunun özü ilə bağlı hədsiz araşdırma aparmasından narahat olub.
Bununla yanaşı, Naqelsman mövsümün sonuna kimi komanda çalışdırmayacağını bildirib.
Xatırladaq ki, “Çelsi” mövsüm sonuna qədər komandanı Frenk Lemparda tapşırıb.