“Barselona” klubun yetirməsi Aleş Qarrido ilə müqavilənin uzadıldığını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, yeni sözləşmənin müddəti 2025-ci ilə qədərdir. Müqavilədə oyunçunun 400 milyon avro qarşılığında sərbəst qalacağı bildirilib.
19 yaşlı yarımmüdafiəçi 11 ildir klubun formasını geyinir.
O, əsas komanda ilə 2022/23 mövsümündə “Elçe”yə qarşı 4:0 hesablı oyunda debüt edib.

