28 İyul 2026
Ölkə futbolu

“Oyunda hakimlik bir şey olmadı” – “Qəbələ”nin futbolçusu

“Komanda böyük xarakter göstərdi. Bütün futbolçular birlikdə mübarizə aparırır, sona qədər vuruşurlar. Bu ab-havanı qorumalıyıq. Çünki hələ mövsüm bitməyib. Çalışacağıq həm kubokda, həm də çempionatda uğurlu çıxışımızı davam etdirək”.

Bu sözləri idmanxeber.az saytına “Qəbələ”nin futbolçusu İlkin Qırtımov “Səbail” oyunu (1:0) barədə danışarkən deyib. O, rəqibin hakimliklə bağlı narazılığından da söz açıb:

“Ola bilsin ki, məğlub olublar deyə şikayət ediblər. Ancaq mənə görə, oyunda hakimlik bir şey olmadı. Əliyar Ağayev güclü hakimdi, ölkənin ən təcrübəli referisidir. Oyunu da çox yaxşı apardı”.

Qırtımov Premyer Liqada mayın 1-də yenidən “Səbail”lə qarşılaşcaqları oyuna da toxunub:

“Bu görüş də çox önəmlidir. “Səbail”in nə istədiyindən çox, bizim necə hazırlaşacağımız vacibdir. Onlar son pillədən qurtulmaq istəyirlərsə, biz də uğurlu çıxışımız davam etdirməliyik. 4-cü pillədəki yerimizi qorumalıyıq. “Səbail” güclü komandadır, çətin oyun olacaq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43