Dünya futbolu

“Bavariya” müdafiəçisini itirdi

“Bavariya”nın müdafiəçisi Dayot Upamekano sıradan çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə baş məşqçi Tomas Tuxel açıqlama verib. O bildirib ki, futbolçu dünən zədələnib və təxminən iki həftə yaşıl meydanlardan kənar qalacaq.

24 yaşlı fransalı 2021-ci ilin yayından “Bavariya”da çıxış edir.

Bu mövsüm o, Münhen komandasının heyətində 40 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43