Dünya futbolu

“Vaxtımı futboldan kənar keçirirəm” – Qaret Beyl

Uels yığmasının sabiq hücumçusu Qaret Beyl karyerasını bərpa etmək ehtimalından danışıb.

İdmanxeber.az-ın məlumatına görə, bir müddətdir ölkəsinin klublarından biri Beyli komandaya transfer etməyə çalışır. Onun karyerasının yenidən bərpa ediləcəyi bildirilirdi:

“Xeyr, mən futboldan kənar vaxt keçirirəm. Uşaqlarım və həyat yoldaşımla çox vaxt keçirirəm. Bütün bunlar futbolçu olanda mənə çatmırdı. Mən sadəcə ailə həyatımdan həzz alıram və qolf oynayıram”.

Yanvarın 9-da 33 yaşlı uelsli karyerasını bitirmək qərarını açıqlayıb. Hücumçu əvvəllər “Real” və “Tottenhem”də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43