28 İyul 2026
Dünya futbolu

“Əl-Nəsr”də şok: Ronaldonu gətirən istefa verdi

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”in prezidenti Musalla Əl-Muammar tutduğu vəzifədən istefa verib.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri komandanın uğrusuz çıxışının ardından ayrılmaq qərarına gəlib. O, Kristiano Ronaldo transferində mühüm rol oynamışdı.

Ulduz futbolçu “Əl-Nəsr”lə 500 milyon avro qarşılığında iki illik müqavilə bağlayıb.

Daha öncə Musalla Əl-Muammarın Ronaldonu komandaya gətirdiyi üçün peşman olduğunu açıqladığı iddia edilmişdi. Ancaq klubun mətbuat xidməti bu ifadələri təkzib edərək sabiq rəhbərin belə bir açıqlamasının olmadığını bildirib.

Xatırladaq ki, komanda hazırda ölkə çempionatında 3-cü yerdədir. “Əl-Nəsr” bir neçə gün öncə Kral Kubokunun yarımfinalında mübarizəni dayandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43