“Bu gün bizə çox vacib xallar lazım idi, uduzmamalı idik”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Kəpəz”ə qalib gəldikləri oyundan (1:0) sonra deyib.
Çalışdırıcı daha sonra sözlərinə belə davam edib:
“Futbolçularda gərginlik var idi. Onlara bildirmişdik ki, bu gün mübarizə olacaq, hər mübarizədən qalib çıxmalıyıq. Kim bir qol vursa, oyunu o aparacaqdı. Biz qol vurduq. Gözəl də qol alındı. Ondan əvvəl də Vüsalın yüz faizlik epizodu var idi. Yorğun və ernerji itirmiş halda buradan evə qayıdırıq. Qəbələdə oynamaq çətindir. Buna baxmayaraq yaxşı mübarizə apardıq”.