28 İyul 2026
Ölkə futbolu

“Bu hakim dəfələrlə əleyhimizə qərarlar verib” – Tərlan Əhmədov

“Oyunun ağır keçəcəyini bilirdik. Komanda mübarizə apardı, qol vurmaq üçün fürsətlərimiz var idi.”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov “Sumqayıt”a məğlub olduqları (0:1) oyundan sonra deyib.

Təcrubəli mütəxəssis daha sonra sözlərinə bunları əlavə edib:

“Bu fəsildə, saat 4-də oynamaq çox çətindir. Boğucu hava var idi. Futbolçular tam güclərini qoya bilmirdilər. Belə matçın taleyini bir qol həll edir. “Sumqayt” bir dəfə fürsət yaxaladı və qol vurdu. Yeni formalaşan komandayıq. Bütün oyunları udmaq, qələbə seriyasını davam etdirmək  bizim üçün çətindir. Oyunu diqtə etməyə çalışdıq. Xoşbəxtlik “Sumqayıt”ın tərəfində idi”.

Əhmədov daha sonra hakimliklə bağlı danışıb:

“Tural Qurbanov artıq 6-cı dəfədir ki, oyunumuza təyinat alır. Dəfələrlə əleyhimizə qərarlar verib. Bu hakimin bizim oyunumuza təyin olunması məni təəccübləndirdi. Sarı vərəqələri vermirdi, tez-tez oyunu dayandırırdı. Bu hakimin olduğu matçların çoxunda uduzmuşuq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43