“Real”da 3 futbolçunun gələcəyi bəlirsiz olaraq qalır.
İdmanxeber.az-ın məlumatına görə, bunlar Naço Fernandes, Marko Asensio və Dani Sebalosdur. Üç ismin də klubu ilə müqaviləsi mövsüm sonu başa çatır.
İspaniya mətbuatı yazır ki, rəhbərlik onlara yeni müqavilə təklif etsə də, futbolçular bundan imtian ediblər. Buna səbəb onların hər birinin ayrı şərtləri olmasıdır.
Belə ki, Asensio maaşının artırılmasını, Sebalos və Naço isə davamlı oynamağı tələb edir.
Mənbə tərəflər arasında danışıqların mövsüm sonuna qədər davam edəciyini bildirir.

