PSJ rəhbərliyi Sexio Ramosla müqavilə uzatmağa tələsmir.
İdmanxeber.az-ın məlumatına görə, sözləşməsi mövsüm sonu başa çatacaq olan ispaniyalı müdafiəçi komandada qalmaq istəsə də, rəhbərlik ona hər hansı bir təklif verməyib.
Paris klubunun hücumçusu Kilian Mabppe isə Ramosun getməsini istəmir. Bu səbəbdən də ulduz futbolçu rəhbərliyə onunla müqavilə bağlanması üçün təzyiq edir.
Fransa millisinin üzvü təcrübəli müdafiəçinin komandaya faydalı olduğunu düşünür.
Ramos PSJ-də illik 6 milyon avro qazanır. O, cari mövsüm 41 matç kçeirib və 3 qol vurub.