“Milan” Rafael Leau ilə yeni uzunmüddətli müqavilə imzalayıb.
İdmanxeber.az-ın məlumatına görə, 2028-ci ilə qədər uzadılan sözləşmə yaxın vaxtda rəsmən açıqlanacaq. Leaunun maaşı bonuslarla birlikdə 5 milyon avro təşkil edəcək.
Onun müqaviləsində 175 milyon avro qarşılığında sərbəst qalacağı qeyd edilib.
Leau bu mövsüm komandanın heyətində bütün turnirlərdə 44 oyuna çıxıb, 13 qol vurub və 13 məhsuldar ötürmə edib.
23 yaşlı portuqaliyalı 2019-cu ildən “Milan”da çıxış edir.

