14 İyul 2026
Ölkə futbolu

“Sabah” – “Beşiktaş” matçına fan-klublar xüsusi hazırlaşır

“Sabah” azarkeşləri “Beşiktaş” oyununa xüsusi hazırlıq görürlər.

Mayın 13-də paytaxt klubu İstanbul təmsilçisi ilə xeyyriyə matçı keçirəcək. Qarşılaşmadan əldə edilən gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara bağışlanacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüşə maraq olduqca yüksəkdir. Sabah saat 18:00-da start götürəcək matç üçün artıq 20 mindən çox bilet satılıb.

Oyun gününə qədər bütün biletlərin satılacağı və tribunaların tam dolu olacağı gözlənilir. Tarixə qarşılaşmaya tərəfdarlar da xüsusi hazırlaşırlar. 

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “Sabah” klubunun tərəfdar qrupu olan “Soldati Di Sabah” “Beşiktaş”ın ölkəmizdəki fan-klubları ilə bərabər çalışmalara davam edir.

Azarkeş qrupları tarixi oyuna xüsusi bannerlər və müxtəlif pankartlar hazırlayaraq stadionda rəngli görüntülər yaradacaqlar. “Sabah” klubu da tərəfdarların bu hazırlığına biganə qalmayacaq.

Belə ki, rəhbərliyin hazırlanan bannerlərin satdiona buraxılması üçün hər cür köməkliyi göstərəcəyi bildirilir. 

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43