11 İyul 2026
Dünya futbolu

“Messinin qayıtmasını istəyirəm” – “Barselona” rəsmisi

“Barselona”nın vitse-prezidenti Rafa Yuste hücumçu Lionel Messinin kluba mümkün qayıdışı ilə bağlı fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, klub rəsmisi argentinalını səbrsizliklə gözlədiyini bildirib:

“Messi oyunçularımızla yaxın dostdur. Əminəm ki, o, “Barselona”nın çempionluğu üçün çox xoşbəxtdir. Lionelin qayıtmasını çox istərdim “.

35 yaşlı hücumçu 2005-2021-ci illərdə Kataloniya klubunda çıxış edib. O, komandanın tərkibində 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə verib.

Hücumçunun PSJ ilə hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43