“Real”ın yarımmüdafiəçisi Toni Kroos komandasının Çempionlar Liqasının yarımfinalında “Mançester Siti”yə uduzmasına münasibət bildirib.
İdmanxeber.az-ın məlumatına görə, almaniyalı futbolçu turnirlə vidalşmağı faciə adlandırmayıb. O, məğlubiyyəti belə şərh edib:
“Əgər “Real”da oynayırsansa, həmişə ən yüksək nəticələri qazanmalısan. Gözləntilər hər zaman böyük olur. Biz ÇL-ni bir neçə dəfə qazanmışıq, ancaq hər zaman bu tələb yerində qalır. Lakin bilməylik ki, hər il kuboku qazanmaq olmur”.
Çempionlar Liqasının finalında “Mançester Siti” “İnter”lə qarşılaşacaq. Oyun iyunun 10-da İstanbulda baş tutacaq.

