14 İyul 2026
Dünya futbolu

Xabi Alonso klubu tərk etmir

“Bayer”in baş məşqçisi Xabi Alonso klubdan ayrılmır.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis komandasının Avropa Liqasındakı nəticəsindən asılı olmayaraq işinə davam edəcək.

Alonsonun Bundesliqa təmsilçisi ilə 2024-cü ilə qədər müqaviləsi var.

“Bayer” Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Roma”ya 1:0 hesabı ilə məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43