Ekvadorun “İndependiente del Valle” klubunun gənc futbolçusu Kendri Paes “Çelsi”yə transfer olunub.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun idman direktoru açıqlama verib. O bildirib ki, 16 yaşlı oyunçu 2025-ci ildən London təmsilçisində çıxış edəcək.
“Zadəganlar” oyunçu üçün qarşı tərəfə 20 milyon avro təzminat ödəyəcək.
Paes Ekvadorun 17 yaşadək futbolçulardan ibarət yığmasında 7 oyunda 3 qol vurub.

