Bu gün Misli Premyer Liqasında 35-ci tura yekun vurulub.
İdmanxeber.az xəbər verir ki, 2-ci oyun günündə 4 matç keçirilib.
“Şamaxı” öz meydanında “Qəbələ” ilə qarşılaşıb və qolsuz heç-heçə edib. Eyni nəticə Masazırda keçirilən “Sabah” – “Zirə” görüşündə də qrydə alınıb.
Turun gözlənilməz nəticəsi isə Suraxanıda olub. Lider “Qarabağ” gözlənilmədən öz meydanında “Sumqayıt”a uduzub.
Tovuzda keçirilən “Turan Tovuz” – “Səbail” matçında qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib.
Misli Premyer Liqası
XXXV tur
22 may (bazar ertəsi)
“Turan Tovuz” – “Səbail” – 2:2
Qol: Şəhriyar Əliyev, 2, Ayxan Quseynov, 49 – Franko Mazurek, 73, Q.Zakpa, 90+3
Tovuz şəhər stadionu, 16:30
“Şamaxı” – “Qəbələ” – 0:0
Şamaxı şəhər stadionu, 16:30
“Sabah” – “Zirə” – 0:0
“Bank Respublika Arena”, 16:30
“Qarabağ” – “Sumqayıt” – 1:2
Qol: Riçard Almeyda, 88 -Vüsal İsgəndərli, 33, Səbuhi Abdullazadə, 39
“Azersun Arena”, 16:30