Maurisio Poçettino “Çelsi”nin baş məşqçisi vəzifəsinə keçdi.
İdmanxeber.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis London klubu ilə 2 illik müqavilə imzalayıb. O, yeni vəzifəsinə iyulun 1-dən başlayacaq.
Poçettinonun son iş yeri ötən yay tərk etdiyi PSJ olub. Bundan başqa, argentinalı “Tottenhem”, “Sauthempton” və “Espanyol”u çalışdırıb.
“Çelsi” Premyer Liqanı 44 xalla 12-ci pillədə başa vurub. Aprel ayından bəri mavilər müvəqqəti olaraq Frank Lempard tərəfindən idarə olunur.