Coşua Kimmix yenidən Pep Qvardiolanın rəhbərliyi altında çalışa bilər.
İdmanxeber.az “El Nacional”a istinadən xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi yarımmüdafiəçinin “Bavariya”dan ayrılmaq istəyindən xəbərdardır və onu komandasına dəvət etmək istəyir.
Kimmixin də Qvardiola ilə çox yaxşı münasibətinin olduğu bildirilir. Futbolçu Premyer Liqada çıxış etməyə müsbət yanaşır.
Bu mövsüm yarımmüdafiəçi Bundesliqada 33 oyun keçirib və 5 qol vurub.