17 İyul 2026
Dünya futbolu

Messi Premyer Liqadan təklif alıb

PSJ-nin hücumçusu Lionel Messiyə Premyer Liqadan təklif gəlib.

İdmanxeber.az-ın məlumatına görə, argentinalı bir neçə klubdan təklif alıb. Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan başqa, futbolçunun Mayami təmsilçisi “İnter”ə keçmək variantı var.

Həmçinin 35 yaşlı futbolçu avrokuboklarda iştirak edən Premyer Liqa klubu ilə müqavilə imzalaya bilər. Messi isə “Barselona”nın ona sərfəli təklif edəcəyini gözləyir.

2022/23 mövsümündə forvard 40 oyun keçirib, 21 qol vurub və 20 məhsuldar ötürmə edib. Futbolçunun PSJ ilə hazırkı müqaviləsi gələn ay başa çatır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43