“Çelsi”nin yarımmüdafiəçisi Mateo Kovaçiç karyerasını “Mançester Siti”də davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” 29 yaşlı xorvatın agentləri ilə danışıqlara başlayıb. Klub futbolçunun nümayəndələri ilə şəxsi müqavilənin şərtlərini müzakirə edir.
“Çelsi” heyətində islahatlar apardığı üçün Kovaçiçi satmağa hazırdı. Futbolçunun London klubu ilə 2024-cü ilə qədər müqaviləsi var.
O, cari mövsüm bütün yarışlarda 37 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

