16 İyul 2026
Dünya futbolu

“Arsenal” gələn mövsüm də çempion ola bilməyəcək”

“Arsenal”ın sabiq futbolçusu Uilyam Qalas “toçular”ın çempionluq şanslarını dəyərləndirib.

İdmanxeber.az-ın məlumatına görə, keçmiş fransalı futbolçu London klubunu gələn mövsüm də titulu qazana bilməcəyini bildirib:

“Arsenal” gələn mövsüm Premyer Liqanın qalibi ola bilərmi? Xeyr, mən belə düşünmürəm. Bu mövsüm onların qələbə üçün yaxşı şansları oldu. Çempionluğa yaxın idilər, amma fikrimcə, çox səhv etdilər. Həddindən artıq çox.  Ola bilsin ki, həqiqətən təcrübəli futbolçular yoxdur. Ancaq yalnız bunu qabartmaq bəhanə ola bilər”.

“Arsenal” 2022/23 mövsümünü Premyer Liqanı ikinci yerdə başa vurub. London klubu 38 turda 84 xal toplayıb.

“Mançester Siti” turnirin çempionu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43