16 İyul 2026
Dünya futbolu

“Fənərbağça” braziliyalı ilə danışıqlara başlayır

“Fənərbağça” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi “Udineze”də çıxış edən Rodrigo Bekao ilə maraqlanır. “Fənərbağça”nın yaxın vaxtda oyunçu ilə danışıqlara başlayacağı bildirilir.

Braziliyalı müdafiəçi də Türkiyəyə gəlməyə müsbət yanaşır. Onun komandası ilə bir illik müqaviləsi var.

Bekao bu mövsüm 28 matçda forma geyinib və 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43