11 İyul 2026
Dünya futbolu

Asensio PSJ ilə müqavilə imzalayır

“Real”ın yarımmüdafiəçisi Marko Asensio tezliklə PSJ ilə müqavilə imzalayacaq.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı ispaniyalı bu gün Parisə gələcək və orada klubu ilə sözləşmə imzalayacaq. Yarımmüdafiəçinin “Real”la müqaviləsi yayda başa çatıb.

Bu mövsüm Asensio bütün turnirlərdə 51 oyuna çıxıb, 12 qol vurub və 8 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43