“Əl-Hilal”ın keçmiş baş məşqçisi Emiliano Diaz Lionel Messinin Kriştiano Ronaldodan daha yaxşı olduğuna inanır.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi portuqaliyalının böyük oyunlarıda passiv qaldığını bildirib:
“Ronaldonun “Əl Nəsr”ə uyğunlaşması çətin idi. O, böyük klublara qarşı matçlarda heç vaxt fərq qoymayıb. Ronaldo Kral Kuboku, Superkuboku və çempionluğu itirdi.
Messi ilə müqayisə belə ola bilməz. Ronaldonu və Leonun dünya çempionatında oyununu izləmişdim. Söhbət bir neçə işıq ili fərqindən gedir”.
Ronaldo “Əl Nəsr”lə 19 oyunda 14 qol vurub.

